Az-Granata Zavodun hekayəsi

Az-Granata şərab zavodu, Az-Granata MMC-nin nəznində yaradılmışdır. Ağsuda yerləşən bu zavod 5,5 hektar sahədə salınmışdır. Zavodun örtülü əsas sahəsi 18864 m2 təşkil edir. Zavodda meyvə qəbulu və ilkin emalı sexi, spirt istehsalı sexi, şərab və digər spirtli içkilərin hazırlanma və süzmə sexi fəaliyyət göstərir. Şərab süzmə xətti saatda 6000 şüşə, tünd içkilər üçün nəzərdə tutulmuş xətt isə saatda 4000 şüşə istehsal edir. Ayrıca suvenir şüşələr üçün də süzmə xətti quraşdırılıb. Bundan başqa zavodda yerli və xarici şərabçılar, somelyelər üçün dequstasiya zalı təlim fəaliyyəti göstərir. Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunub. Az-Granata-nın 500 hektar üzüm və 350 hektar nar bağları var. Nar bağları orqanikdir və Almaniyanın KIWI GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir.



İl 2011
Torpaq Qəhvəyi, boz qəhvəyi, tünd və açıq qəhvəyi
Üzümlər

Bayan şirə, Mədrəsə, Rkasiteli, Chardoney, Muscat Alexandria, Danlas, Saperavi, Cabarnet Sauvignon, Merlot, Cabarnet Franc, Sauvignon Blanc, Sultaniyyə, Ora, Centenial Seedless, Thompson Seedless, Superior Seedless, Crimson Seedless, Red Globe, Alphons Lavallie, Prima, Cardinal və s.

Nar

Gülövşə, Çəhrayı gülövşə, Qırmızı qabıq, Nazik qabıq, Bala Mürsəl, Əfqan, Firuzeyi, Donuz burnu, Vələs və s.

İşçi sayı 183

Torpaq

Az-Granata üzüm bağlarının yerləşdiyi torpaqlar qəhvəyi və tünd qəhvəyi, nar bağlarının isə yerləşdiyi torpaqlar boz qəhvəyi və açıq qəhvəyi torpaq tiplərinə aid olması, həmin ərazilərdə yüksək keyfiyyətli məhsullar yetişdirməyə şərait yaradır.

Mühit

Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən ərazilərin iqlimi əsas qışı quraq keçən mülayim-isti yarımsəhra iqlimi və yayı quraq keçən mülayim-isti iqlim tiplərinə aiddir.

Sortlar

Az-Granata MMC-nin üzüm bağlarında süfrə (Sultanina, Prima, Ora, Kardinal, Alfons Lavalle və s.) və istehsal üçün nəzərdə tutulan (Mədrəsə, Saperavi, Rkasiteli, Kaberne Sovinyon və s.) üzüm sortları mövcuddur. Nar bağlarında isə Gülövşə, Qırmızı qabıq, Bala Mürsəl, Əfqan və digər sortlar mövcuddur.

Hava

Əkin ərazilərində havanın orta illik temperaturu +10—14 ˚C-dir, qış aylarında +2 ilə -4 ˚C arasında (bəzən -14—25 ˚C-dək aşağı düşür), yay aylarında isə +18—27 ˚C arasında dəyişir (bəzən +38—43 ˚C-dək yüksəlir). Orta illik nisbi rütubət 55—80 % olur; küləyin orta illik sürəti saniyədə 2—4 metr təşkil edir.

Bağlar

Az-Granata üzüm bağları Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən Ləngəbiz dağ silsiləsinin Adnalı yaylasının şimalında, dəniz səviyyəsindən 400-700 metr yüksəklikdə yerləşir. Nar bağları Ağsu rayonunda, Şirvan düzündə və Böyük Qafqazın cənub ətəklərində yerləşir.

İstehsalat

Ağsuda yerləşən zavod 12,5 hektar ərazidə salınmışdır. Zavodun örtülü əsas sahəsi 20500 m2-dir. İstehsalat sahəsi 15000 m2 olan zavodun örtülü köməkçi sahəsi 5500 m2-dir.

Mağazalarımız

Əlaqə