“Azeri Business Award 2018


Fevralın 23-də “Buta Palace”da biznes sahəsində 2018-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə bir çox ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, müxtəlif dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil olmaqla 300 nəfər iştirak edib. Tədbirə həmçinin Almaniya, Gürcüstan, Rusiya və Özbəkistandan olan iş adamları qatılıb. Bütün laureatlar iqtisadiyyatın qeyri-neft sektorunun (tikinti materiallarının istehsalı, tibb, konsaltinq, mebel istehsalı və s.) olub.

Yuxarıda qeyd edildiyi kimi, qonaqlar arasında Fransa, Mərakeş, Özbəkistan, Səudiyyə Ərəbistanı, Əlcəzair, İndoneziya, Pakistan, Küveyt, Misir, İraq, Fələstin, Sudan, Liviya səfirləri də daxil olmaqla digər ölkələrin də diplomatik nümayəndələri iştirak ediblər.

Həmin gecədə “Azeri Business Award” 2018 mükafatının laureatları təqdim olunub.

Nəznində “Az-Granata” MMC-nin də olduğu “Modern Group of Companies” MMC- sözü gedən tədbirdə ilin holdinqi seçilmişdir.

“Azeri Business Award” biznes sahəsində Milli mükafatın ilk təqdimat mərasimi 2009-cu ildə baş tutub və Azərbaycanda biznes sahəsində keçirilən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. O, ən yaxşı təşkilatları və şirkətləri nümunə kimi göstərir, milli biznesin yeni imicini yaradır həmçinin ölkədə işgüzar etikanın yeni standartlarının inkişafına yardım edir.

Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür. 

Tədbirdə iştirak edən qonaqlara “Az-Granata” MMC-nin istehsal etdiyi orqanik şərablar, dequstasiya üçün gələn qonaqlara təqdim edilmişdir.

Son Xəbərlər


Vüqar Mikayılov:"Azərbaycanın nar məhsulları 20-dən çox ölkəyə ixrac olunur"

Ətraflı


“Az-Granata” Çində təşkil olunan ilk ixrac missiyasına 12 adda məhsul çıxarıb.

Ətraflı


Azərbaycanın əfsanəvi “Ağdam” şərabı Ukrayna bazarlarında

Ətraflı


Vüqar Mikayılov: “Az-Qranata” MMC respublikamızın ən böyük vergi ödəyicilərindən biridir.

Ətraflı

Mağazalarımız

Əlaqə