“Az-Granata” Çində təşkil olunan ilk ixrac missiyasına 12 adda məhsul çıxarıb.


Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən sərgidə “Az-Granata” MMC-nin Ağsu şirə və şərab emalı zavodu 12 adda alkoqollu məhsulla təmsil olunur.

Şirə və şərab emalı zavodundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sərgiyə Azərbaycanda ilk dəfə yeni texnologiya ilə hazırlanan tut və zoğal milli alkoqollu içkiləri, habelə Şotlandiya texnologiyası ilə ölkəmizdə ilk dəfə hazırlanan viski çıxarılıb.

Qeyd edək ki, Çində təşkil olunan bu ilin ilk ixrac missiyası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilir. Missiyada Azərbaycanda fəaliyyət göstərən 16 şirkət iştirak edir.

Son Xəbərlər


Vüqar Mikayılov:"Azərbaycanın nar məhsulları 20-dən çox ölkəyə ixrac olunur"

Ətraflı


“Azeri Business Award 2018

Ətraflı


Azərbaycanın əfsanəvi “Ağdam” şərabı Ukrayna bazarlarında

Ətraflı


Vüqar Mikayılov: “Az-Qranata” MMC respublikamızın ən böyük vergi ödəyicilərindən biridir.

Ətraflı

Mağazalarımız

Əlaqə